11 Sentyabr 2014 12:54
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Şamaxı şəhərində avtobus qəzasının baş verməsi ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Mədrəsə qəsəbə sakinləri Səməndər Qarayevin idarə etdiyi “QAZel” markalı mikroavtobus və Zaur Həmidovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

İdarəetməni itirmiş S.Qarayev avtomobili yolun kənarındakı ağaca vurub, sərnişinlərindən Gülnaz Bayramova və Murad Çixaidze hadisə yerində ölüb, digər 2 sərişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: