25 İyul 2019 15:20
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində arvadını öldürdükdən sonra intihara cəhd edən 1961-ci il təvəllüdlü Eldar Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 5-nə təyin olunub.

İttihama görə, bu ilin aprelin 3-də Gəncə şəhər sakini Eldar Abbasov özünə məxsus "Jiquli" ilə həyat yoldaşı 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı qəsdən vurub.

Qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilməsinə baxmayaraq aprelin 22-də dünyasın dəyişib.

Eldar Abbasov isə hadisədən sonra sirkə turşusu içərək intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Eldar Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər