11 Sentyabr 2014 16:12
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluqla məşğul olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 8-də Heydər İbrahimova məxsus “Hyundai” markalı avtomobildən dövlət qeydiyyat nişanları oğurlanıb. Həmin dövlət qeydiyyatı olan nişanı üzərində olan “Daevoo” markalı avtomobilin Bakı-Şamaxı yolunda hərəkətdə olan zaman Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti tərəfindən aşkar edilib.

Görülmüş tədbirlər nəticəsində avtomobil Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı Lənkəran rayon sakini Fuad Tağıyevin “VAZ-21099” markalı avtomobilinə məxsus dövlət qeydiyyat nişanları da aşkar edilib.

Avtomobili idarə edən Bakı şəhər sakini Adil Əhmədov araşdırmalar aparılması üçün Abşeron rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər