1 Avqust 2019 10:01
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.

Buna görə də Heydər Quliyev barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, hadisə 2017-ci il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə 5 nəfər ölüb.

Heydər Quliyev baş verən qəzada günahkar bilinib və onun barəsində istintaq orqanı tərəfindən cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər