12 Sentyabr 2014 10:04
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Göygöl rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Şahbaz Mərdanov həmkəndlisi Əli Ağababayev tərəfindən bıçaqlanıb. Şahbaz Mərdanov vaxtında xəstəxanaya yerləşdirildiyi üşün həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, Şahbaz Mərdanov Əlinin bacısına sevgi SMS-ləri yazıb. Bundan xəbər tutan Əli onu bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər