12 Sentyabr 2014 13:05
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Z.Bünyadov prospektində qeydə alınıb. İmişli rayon sakini Seyfəddin Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub.

Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: