12 Sentyabr 2014 14:18
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan 29 yaşlı Şamil Gülmətovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 23-də Xətai rayonu ərazisindəki “Faxralı” kafesində Şamil Gülmətov İmamverdi Kərimovu bıçaqlayıb. Kafeyə gələn İmamverdi Şamili “oğru” adlandırıb. Şamil isə oğurluq etmədiyini deyib. Buna görə də onların arasında mübahisə yaranıb. Onların mübahisəsi davaya keçib. Dava zamanı şamil İmamverdinin boğazını kəsib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Şamil Gülmətov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şamil Gülmətov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər