12 Sentyabr 2014 14:45
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə sentyabrın 11-də qeydə alınıb. Rayonu Biləcəri qəsəbəsində Oğuz rayon sakini Seymur Mürsəlov “Chevrolet” markalı avtomobilə sərnişin qismində naməlum şəxs minib. O, taksi sürücüsündən metronun “20 Yanvar” stansiyasına gedəcəyini bildirib. Həmin vaxt avtomobildə sürücüdən başqa bir nəfərdə olub.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürücü və digər sərnişin Seymur Mürsəlovu bıçaqla hədələyiblər. Onlar Seymur Mürsəlovun 500 manatını alaraq hadisə yerindən qaçıblar.
Seymur Mürsəlov quldurluqla üzləşməsi ilə bağlı polisə şikayət edib. Onun şikayəti əsasında əməliyyat qrupu yaradılıb. Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər