29 Avqust 2019 17:06
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən Elektrik Şəbəkəsinin rəisi Qismətəli Əsədov barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, Qismətəli Əsədova Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Siyəzən rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bəylər Ələkbərovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Siyəzən rayon sakini Ənvər İlyasov tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər