Bakıda sevgilisinə xəsarət yetirməkdə ittiham olunan Rəşad Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rahib Salmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası hələki müəyyən olunmayıb.
İttihama görə, bu ilin aprelin 25-də Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1978-ci il təvəllüdlü Firəngiz Abdullayeva onunla eyni evə qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb.
Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisənin qısqanclıq zəminində baş verdiyi qeyd olunur.
İstintaq orqanı tərəfindən Rəşad Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.