6 Sentyabr 2019 12:26
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ü.Məmmədov tapdığı “TT” markalı tapançanı, 15 ədəd patronu və 2 ədəd patron darağını könüllü olaraq Səbail rayon Polis İdarəsinə təhvil verib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər