6 Sentyabr 2019 16:21
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində şirkət direktorunu öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Prokuror ittiham nitqi ilə çıxış etməyə hazırlşamaq üçün hakimdən vaxt istəyib.

Bu səbəbdən növbəti proses sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, bu il martın əvvəlində Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov əvvəlki işinə bərpa olunmasını tələb edib.

Direktor "yox" cavabı verəndə Şirin Astanov onu döyüb.

Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb, onu direktorun otağına ataraq partlatmağa çalışıb.

Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Hadisə yerinə gələn polislər Şirin Astanovu tutub.

İstintaq orqanı tərəfindən Şirin Astanovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər