15 Sentyabr 2014 14:25
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Qaradağ rayonunda yaşayış evində ölümlə nəticələnən yanğın hadisəsi barədə məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 14-də saat 12 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Minurə Yəhyayevaya məxsus evdə yanğın baş verib.

Nəticədə 40 kvadratmetr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra M. Yəhyayevanın yanmış meyiti tapılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər