23 Sentyabr 2019 11:20
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Elvin Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Hadisə bu il iyunun 8-də Bərdə rayonu ərazisində baş verib.

1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri “QAZel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində xəsarət alan İlyas Gülməmmədov və Nizami Əliyev dünyasını dəyişib.

İstintaq araşdırması zamanı müəyyən olub ki, yol qəzasının baş verəmsinə səbəb Elvin Mirzəyevin surət həddini aşması olub.
Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər