17 Sentyabr 2014 16:36
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək içəri daxil olublar. Xilasedicilər tərəfindən mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər