17 Sentyabr 2014 17:50
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada evdə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın, dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 2007-ci il təvəllüdlü Vaqif Vüqar oğlu Əliyevin meyiti aşkar olunub.

Yanğın saat 15:19-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: