17 Noyabr 2019 19:45
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisinin Ateni küçəsi 20 ünvanında qətl törədilib.

Gənc iki ailə üzvünü qətlə yetirib. O, daha sonra özünü öldürüb.

İlkin versiyaya əsasən, gəncin qətlə yetirdiyi şəxslər onun anası və bacısıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı istintaqa başlanılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi üç şəxsin ölməsi faktını təsdiqləyib.


Müəllif: Mənbə/Report