Bakının Binəqədi rayonunda oğurluq hadisələri törədilib.
Teleqraf.com xəbər verir ki, 7-ci mikrorayon ərazisindəki 1 marketdən və M.Ə.Rəsulzadə qəsəbəsindəki 1 mağazadan ümumilikdə 3080 manat oğurlanması barədə polisə məlumat daxil olub.
4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəoğurluq hadisələrini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri A.Qəhrəmanzadə, O.Bayramov və E.Həsənov saxlanılıblar.