Bakıda avtomobil vurması nəticəsində 2 piyada ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-u saat 23:45 radələrində Sabunçu rayonu, Şəhər şossesində 1959-cu il təvəllüdlü Ələmdar Həsənov idarə etdiyi «Mercedes» markalı avtomobillə 1969-cu il təvəllüdlü Orduxan Lətifovu vurub. O.Lətifov aldığı xəsarətdən hadisə yerində ölüb.
Təxmin eyni vaxtda, saat 23:50 radələrində Yeni Suraxanı qəsəbəsində 1966-cı il təvəllüdlü Malik Dadaşov idarə etdiyi «VAZ-2106» markalı avtomobillə 1960-cı il təvəllüdlü Bəxtiyar Muradovu vurub.
Nəticədə yaralı xəsarətlərlə daxil olduğu xəstəxanada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.