10 Dekabr 2019 16:24
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşlara qarşı dələduzluqda ittiham edilən Rüstəm Kərimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, “Elit Academy” şirkətinin rəhbəri Rüstəm Kərimzadə bəzi şəxslərə xaricdə təhsil almağı vəd edib.

O, tələbələri Türkiyə universitetlərinə qəbul etdirmək vədi ilə vətəndaşlardan pul alaraq onlara ziyan vurub.

İstintaq orqanı tərəfindən Rüstəm Kərimzadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan eidlib.

Cinayət işi üzrə 35 nəfər zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov