Bu gün səhər saatlarında Baknın Binəqədi rayonu ərazisində sərnişin avtobusu piyadanı vurub.
Baş Dövlət Yol Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Bakı Beynəlxalq Avtovağzalının ərazisində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Vurulan piyada orta yaşlı kişi olub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.