22 Sentyabr 2014 10:36
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda videokamera oğurlayan tutulub.

Bu barədə Teleqraf.com-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 15-də metronun “Nərimanov” stansiyasında Astara rayon sakini Rəşad Məhərrəmova məxsus videokamera qatarda oturacağın üzərindən oğurlanıb.

Metropolitendə Polis Şöbəsində Cinayət-Axtarış Qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elxan Tağıyev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər