İmişli rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a İmişli rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Mürsəlli kəndində qeydə alınıb. Kənd sakini, 28 yaşlı Zümrüd Musayeva özünü yaşadığı evin damında asaraq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Zümrüd Musayeva iki uşaq anası idi.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Hacı Zeynalov