Bakıda dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Haldun Hacıyevin apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Haldun Hacıyevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Haldun Hacıyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Haldun Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir.
Vətəndaşların şikayətləri əsasında Haldun Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Lakin o, istintaqdan yayınıb.
Daha sonra Haldun Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.
Cinayət işində 5 zərərçəkmiş var.