21 Yanvar 00:54

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1986-cı il təvəllüdlü Əliyeva Gülgəz Qurban qızı keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qırtlağın kəsilmiş yarası diaqnozu qoyulub.


Müəllif: Teleqraf.com