Meksika polisi siyasətçi və onun köməkçisinin qəddarlıqla öldürülməsini araşdırır.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Meksika parlamentinin deputatı, 49 yaşlı Qabriel Qomes Miçel və köməkçisi bazar erəsi günü Xalisko ştatının San-Pedro-Tlakepake şəhərində oğurlanıb. Qara furqonda olan deutatın avtomobili saxlanılıb və o, köməkçisi ilə birlikdə naməlum istiqamətə aparılıb. Bir qədər sonra isə onların yandırılmış cəsədi avtomobildə aşkar edilib.
Deputata hücum anı müşahidə kameraları tərəfindən qeydə alınıb. Onların cəsədi bir gün sonra Apulko şəhərində yandırılmış avtomobildə tapılıb.
Hakim partiyanın deputatı və köməkçisinin qətlinin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Nihad