Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub.
Teleqraf.com xəbər verir verir ki, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirlərini təhqir edən Xəzər rayon sakini, ruhi xəstə Nüsrət Qulam oğlu Qasımov tutulub.
Qeyd edək ki, avqustun 22-də naməlum şəxslər İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb.
Hacı Zeynalov