2 Fevral 2020 21:13
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobilləri talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, hadisə fevralın 1-də, səhər saat 04:30 radələrində, Nizami rayonu, Tofiq Abbasov küçəsində qeydə alınıb.

Kürdəmir rayon sakini Aqil Qasımov avtomobilin şüşəsini sındıraraq onun içərisindəki maqnitofonu oğurlamağa cəhd edib. Bu zaman ərazidə olan Nizami Rayon Polis İdarəsinin Post Patrol Xidməti əməkdaşlarının operativliyi nəticəsində A.Qasımov hadisə yerində yaxalanıb və 25-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Nizami RPİ-nin 25-ci Polis Bölməsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com