24 Sentyabr 2014 18:01
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrinda Sumqayıt şəhərində xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə qapalı keçirilən hazırlıq iclasında vəkillər vəsatətlə çıxış edib. Kənan Mehrəliyevin vəkili Fariz Namazlı Teleqraf.com-a bildirib ki, təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinə xiltam verilməsi ilə bağlı vəsatət veriblər. Bəzi vəkillərdə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə də bağlı vəsatət qaldırıblar.

Vəkillər qeyd ediblər ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərdən 3 nəfərin işi ayrıca icraata götürlərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndəriblər. Vəkillər fikirlərini belə əsaslandırıblar ki, bu da bərəabərlik prinspini pozub. Hər iki vəsatət təmin edilməyib.

Vəkillərin təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətləri də təmin edilməyib və məhkəmə baxışı oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 17 nəfər həbs edilib. Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər