Bakının Xəzər rayonunda oğurluq hadisələrinin üstünün açılması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki anbarların birindən 3 ədəd qapı, 12 ədəd pəncərə çərçivəsi, 8 ədəd stul, 1 ədəd kombi və santexniki əşyalar oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri X.Rüstəmov və R.Paşayev saxlanılıblar.
Bundan başqa, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki restoranların birindən 25 ədəd qapı, bar və santexnika aksesuarlarını sökürək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Hüseynov tutulub.
Ətrafında aparılmış tədbirlərlə onun daha 1 həyətyanı sahədən və inşası başa çatmamış 1 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.
Oşxar əməliyyat Xətai rayonunda da keçirilib.
34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayon ərazisindəki evlərin birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Allahverdiyev saxlanılıb.
Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş İ.Salayevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayevlə birgə, rayon ərazisindəki evlərin birindən 2100 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlaması müəyyən edilib.