14 Fevral 2020 22:14
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi iqtisadçı ekspert Qubad İbadoğlunun qızı Jalə Bayramovanın 76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyasının məntəqələrindən birində səsvermə zamanı bir qadın tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan video görüntülər haqda açıqlama verib.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həmin hadisə ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsində Jalə Bayramovanın izahatı alınıb: "Jalə Bayramova fevralın 10-da Lənkəran Şəhər Polis Şöbəsinə dəvət olunub və şöbənin rəhbərliyi tərəfindən qəbul edilib. Bundan sonra xəsarətlərinin dərəcəsinin təyin olunması üçün ekspertiza müayinəsindən keçirilməsi təmin olunub. Hazırda araşdırma davam etdirilir. Tibbi ekspertizanın rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Mətbuat xidmətindən bildirilib ki, bu hadisə ilə bağlı hazırda saxlanılan yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər