22 Fevral 2020 00:54
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzun Dönük Qırıxlı kənd orta məktəbində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib.

Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

P.Qarayev mübahisə zəminində sinif yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.


Müəllif: Teleqraf.com