Bakının Sabunçu rayonunda cinayət hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon sakini , 1989-cu il təvəllüdlü A.Əliyev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib. O, fevralın 27-də Bakıxanov qəsəbəsi ərazisində 2 nəfərin ona oyuncaq tapança və bıçaqla hədə-qorxu gəlib, 400 manatını aldıqlarını, daha sonra isə “Audi” markalı avtomobildə hadisə yerini tərk etdiklərini bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri - 1996-cı il təvəllüdlü G.Həsənquliyev, 1995-ci il təvəllüdlü Ə.İbrahimov və avtomobilin sürücüsü Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü E.Qədirzadə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.