Sabirabad rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaratəpə kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Vəliyevin həyətyanı sahəsindən 3 kiloqramdan artıq marixuana, istixanasından isə kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.