Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Elbrus Gülbala oğlu Cavadova tanışı, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 18, mənzil 33 ünvanında yaşayan Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilib.
Baxış. Zamanı onun “OZMO” kətəsinin işərisində sellofan paketlərə bükülərək gizlətdiyi xalis çəkisi 3,761 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0,73 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Elbrus Cavadov Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov