24 Mart 2020 20:29
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həmzəyev həbs edilib.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov