Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Bu barədə Teleqraf.com-a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Ağaməmməd Mehdiyevin elektrik dirəyindən iş görən zaman cərəyan vurub.
Araşdırmalar zamanı Ağaməmməd Mehdiyevin dirəkdə elektrik dirəyində iş görən zamanı cərəyan vurması nəticəsində öldüyü məlum olub. O, Bakı Telefon Rabitə İstehsalat Birliyinin 401 saylı Biləcəri ATS-də elektrik işləyib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov