1 Aprel 2020 17:15
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin sabiq futboluçusu Cəmşid Məhərrəmov və yığmanın sabiq basketbolçusu Amil Həmzəyevin həbsdən azad olunması barədə vəsatətlərinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda hər iki təqsirləndirilən şəxsin vəkilləri tərəfindən verilən vəsatət təmin olunub.

Onların barələrində olan həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Cəmşid Məhərrəmov və Amil Həmzəyevin barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (külli miqdarda dələduzluq törətmək) və 192-2-ci (idman yarışlarının manipulyasiyası) maddəçləri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov