8 Aprel 2020 15:50
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Həsən Rəhimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin yanvarın 1-də Nərimanov rayonu ərazisində “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə polisə məlumat daxil olub.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini, "Aristokrat" klinikanın sahibinin oğlu, 31 yaşlı Həsən Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Həsən Rəhimli tutulub.

Istintaq orqanı tərəfindən Həsən Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər