Bakının Qaradağ rayonunda oğurluq edən qadın tutulub.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə. Bakı şəhər sakini Firuzə Kaibxanovanın içərisində 300 manat, mobil telefon və sənəd olan çantanı oğurlanıb. O, oğurluq hadisəsinin baş verməsi ilə bağlı 10-cu polis bölməsinə şikayət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Xanım Daşdıyeva tutulub.
Hacı Zeynalov