23 Aprel 2020 01:16
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, qəzas törədən Samir Rüstəmovun barəsində Cinayət Məcəlləsini 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib.

Qaradağ rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Samir Rüstəmovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, rayonun Lökbatan qəsəbəsində Samir Rüstəmov idarə etdiyi “Mitsubitshi” markalı avtomobillə piyada hərəkət edən İlkin Xankişiyevi vurub.

Nəticədə İlkin Xankişiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər