Balakən rayon Qullar kənd sakininin ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 3-də Balakən rayonu ərazisində Qullar kənd sakini Vaqif Omarovun ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb.
Hadisə yerində “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Hadisə ilə bağlı Balakən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.