23 İyun 2020 00:55
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Cenevrə şəhərində sürücülük vəsiqəsi olmadan “Audi” markalı avtomobili idarə edən azərbaycanlı sürücü polisləri şoka salıb.

Teleqraf.com xəbər verir ki, keçən il Milad bayramı ərəfəsində Qondo keçidindən ölkəyə daxil olan azərbaycanlı polis tərəfindən saxlanılaraq 130 gün müddətində gündəlik 1750 frank məbləğində cərimələnib. O həmçinin, 10 min İsveçrə frankı (təxminən 18 min manat) cərimə ödəməli olub.

Bir neçə gün öncə adı açıqlanmayan azərbaycanlı yenidən saxlanılıb. O, sürücülük vəsiqəsi olmadan təkrar avtomobil idarə etdiyi üçün 225 min İsveçrə frankı (təxminən 405 min manat) məbləğində cərimələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər