Daxili İşlər Nazirliyi Lerikdə 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Teleqraf.com nazirliyə istinadən xəbər verir ki, iyulun 2-də saat 8 radələrində Lerik rayonunun Bürsülüm kəndi ərazisində Ləkər kənd sakini Habil Əzimov idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü, sərnişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb.
Xəsarət almış digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Lerik RPŞ tərəfindən araşdırma aparılır.