20 İyul 2020 15:07
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayon prokurorluğu rayon ərazisində baş verən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyulun 19-da saat 21 radələrində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində 1995-ci il təvəllüdlü Nuranə Sətdarovanın öldürülməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla 1988-ci il təvəllüdlü Tural Sətdarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Sətdarovaya bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Sətdarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər