Xırdalan şəhərində baş verən soyğunçuluq faktının üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Xırdalan şəhərində yetkinlik yaşına çatmayan bir nəfərin dəyəri 600 manat olan bir ədəd mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alan şəxs saxlanılıb.
Polisin keçirdiyi əməliyyat zamanı bu cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini Bəxtiyar Məmmədov tutulub.
O, ifadəsində törətdiyi əməli etiraf edib.
Qeyd olunan faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində aparılır.