19 Avqust 2020 11:48
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda karantin qaydalarını pozmaqda ittiham olunan Nicat Ağazadə, Fərhad Əliyev, Mirhəsən Seyidov və Xəyal Abbasovun barəsində olan ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nəriman Mehdiyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Nicat Famil oğlu Ağazadə, Xəyal Rauf oğlu Abbasov, Fərhad Adil oğlu Əliyev və Mirhəsən Mirbəşir oğlu Seyidovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə “Paşa” İnşaat Məhdud Məsuliyyətli Cəmiyyət zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər