19 Avqust 2020 12:14
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda on altı yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham olunan Rauf Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin olunub.

İttihama görə, Rauf Quliyev on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda günahkar bilinib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Bu maddə üzrə təqsirli bilinən şəxsi üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər