19 Avqust 2020 14:12
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cimi kəndi ərazisində kənd sakini Q.Mirzəyev saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Neftçala rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bankə qəsəbə sakini A.Məmmədovdan “LLAMA” markalı tapança və 1 ədəd patron darağı aşkar olunub.

Oxşar əməliyyat Kürdəmir rayonunda da keçirilib.

Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Carlı kənd sakini X.Abdullayevdən müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov