Bakıda alkoqoldan zəhərlənmə ilə şəxs xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 10-da baş verib. Bakı şəhər sakini Zaur İmanov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Zaur İmanov oktyabrın 11-də xəstəxanada ölüb.
Hacı Zeynalov